CƏMİYYƏT


Sabunçu rayonunda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

İyulun 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsində yerləşən “Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polislər tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.