Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexləri aşkarlanıb, 56 nəfər cərimələnib
04.07.2020 [16:09]
Xəbərin mətni
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayon ərazisindəki ticarət obyektlərinin birində qanunsuz fəaliyyət göstərən beş dərzi sexi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin rejiminin qaydalarını pozduğu, heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.