SİYASƏT


Prezidentin köməkçisi xarici həkimlərlə bağlı açıqlama verdi

Türkiyədən, Rusiyadan Azərbayacana tibb mütəxəssis heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.