CƏMİYYƏT


Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb

Paytaxtın Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi “Kənd ocağı” restoranının müştərilərə yerində xidmət göstərdiyi məlum olub. Obyektə baxış zamanı restoranın sahibi və daha 10 müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər.