Azərbaycan Dövlət İnformasiya Agentliyi

EANA-nın növbəti vebinarında pandemiya zamanı xəbər istehsalının xüsusiyyətlərindən danışılıb

24.07.2020 [19:32]

Xəbərin mətni

İnformasiya agentlikləri pandemiya dövründə xəbər istehsalını yeni müstəviyə keçirdilər. Çox vaxt diqqət etmədiyimiz imkanlar mürəkkəb epidemioloji vəziyyətdə işimizin irəli getməsinə şərait yaratdı.
Bu fikirləri İtaliyanın ANSA xəbər agentliyinin prezidenti Stefani de Alessandri Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti vebinarında səsləndirib.