Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Praqadakı Azərbaycan icması erməni nümayişçiləri ölkəmizin səfirliyinin binası yanında “qarşılayıb”

25.07.2020 [13:19]

Xəbərin mətni

Çexiyadakı erməni diasporunun üzvü olan ekstremistlər dünyanın başqa şəhərlərində olduğu kimi Praqada da “dinc aksiya” bəhanəsi ilə dünən Azərbaycan səfirliyinin qarşısında növbəti alçaq provokasiyalar keçirmək üçün toplaşıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diasporunun nümayəndələri xalqımızın birliyini və sarsılmazlığını nümayiş etdirmək üçün səfirliyin binası yanına gəlib və aqressiv əhval-ruhiyyəli erməniləri “qarşılayıblar”.