Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləcəri qəsəbəsinin mərkəzi küçələrindən daha biri əsaslı təmir olunub

11.08.2020 [11:56]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən, nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılıb.