İQTİSADİYYAT


Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna press-tur təşkil edilib

Avqustun 11-də bir sıra KİV nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna press-tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, press-turdan əvvəl Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda mətbuat konfransı keçirilib.
“BOS Şelf” şirkətinin direktor müavini Nazim Hüseynov bildirib ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib.