MƏDƏNİYYƏT


Şəmkirdə xalçaçıların peşə bayramında 800-cü xalçanın kəsimi olub

Bu gün – mayın 5-i Azərbaycanda Xalçaçı günüdür. Qədimdən bugünümüzədək xalçaçılıq ənənələri bölgələrimizdə həm yaşadılır, həm də inkişaf etdirilir, yeni xalçaçılıq emalatxanaları yaradılır.
AZƏRTAC xəbər verir ki, Şəmkir xalçaçıları da peşə bayramı günündə özlərinin 800-cü xalçalarını toxuyub başa çatdırıblar. Bu, həm də “Azərxalça”nın filialları arasında ən böyük göstəricidir.
Toxunan 800-üncü xalça “Zəfər” adlı Qarabağ xalçasıdır və bu gün xalçanın kəsimi olub.