İQTİSADİYYAT


Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30 illiyi qeyd olunub

Bu il Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümüdür. Üç onillik ərzində əməkdaşlıq və tərəfdaşlığı qeyd etmək və Azərbaycanın gələcək inkişaf səylərini müzakirə etmək üçün Azərbaycan Hökuməti və Dünya Bankı inkişaf tərəfdaşları, özəl sektor, akademik dairələr və media ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumda bir araya gəlib.