İQTİSADİYYAT


Yuxarı Şirvan kanalında sürüşmə olan hissələrdə işlərə başlanılıb

Yuxarı Şirvan kanalında sürüşmə olan hissələrdə işlərə başlanılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 64 il öncə istifadəyə verilən Yuxarı Şirvan kanalı başlanğıcını Mingəçevir Su Anbarından götürür. Kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir. 2022-ci ilin əvvəlindən bu günə kimi Yuxarı Şirvan Kanalı vasitəsi ilə anbardan 1148 milyon kubmetr su götürülərək, 1044 milyon kubmetri istehlakçılara çatdırılıb.