RƏSMİ


Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirdi.