RƏSMİ


Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Riad Əl-Maliki Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəkkürünü bildirdi. O, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərinin önəmini vurğuladı, bu addımların Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi.