RƏSMİ


Prezident İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırlayaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə edildiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini qeyd etdi.