İDMAN


Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirə yekun vurulub

"Zəfər Günü" (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistləri Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi Futbol Turnirinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda “Ardanış” ilə “Loru-Borçalı” komandaları qarşılaşıb. "Ardanış" görüşü 4:3 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.