SİYASƏT


“Doğu Akdeniz-2023” təlimi: Helikopterlərdən gəmiyə enən hərbçilər Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb

Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.