İDMAN


“Qarabağ”ın amputant futbolçusundan baxımlı qol

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş oyun keçirilib. AZƏRTAC xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin amputant komandaları arasında oynanılan matçda baxımlı qol qeydə alınıb. Qolun müəllifi Ağdam təmsilçisinin üzvü Sənan Hacıyev olub. Vətən müharibəsi qazisi top havada olarkən əlindəki əsaları yerə ataraq akrobatik zərbə ilə əla qol vurub.