İDMAN


Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi olub

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir "Talant şou" rəqs qrupunun çıxışı ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev idmançılara uğurlar arzulayıb. O, bu cür yarışın ölkəmizdə keçirilməsinin müsbət atdım olduğunu bildirib. UWW-nin vitse-prezidenti Teodoros Hamakos isə yarışa ev sahibi etdiyi üçün Azərbaycana təşəkkür edib.