DÜNYA


Antalyada baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalanların təxliyəsi davam edir

Türkiyənin Antalya vilayətində baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalan vətəndaşların təxliyə işləri davam edir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın hadisə ilə bağlı son açıqlamasına əsasən, indiyədək 15 kabinədəki 98 nəfər xilas edilib. Daha doqquz kabinədə qalanların təxliyəsi istiqamətində işlər aparılır.