DÜNYA


Naməlum şəxs Sidneydəki ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib, 6 nəfər ölüb

Naməlum şəxsin Sidneyin ətrafındakı ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücumu nəticəsində altı nəfər həlak olub.
Bir uşaq da daxil olmaqla səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi hücum edənin öldürüldüyünü bildirib.