DÜNYA


Pakistanda şiddətli yağışlar 30 nəfərin ölümünə səbəb olub

Pakistanda yağışla bağlı insidentlər səbəbindən azı 30 nəfər ölüb, onlarla insan yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Pəncab əyalətində ildırım vurması nəticəsində 18 nəfər həyatını itirib, beş nəfər xəsarət alıb. Bəlucistan əyalətində səkkiz nəfər, Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində isə azı beş nəfər həlak olub, ondan çox insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.