CƏMİYYƏT


Oğuzda Əlicançay su anbarının inşasına başlanılıb

Ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çayları sularının yığılması məqsədilə yeni su anbarları inşa olunur.

AZƏRTAC xəbər verir ki, belə su anbarlarından biri Oğuz ərazisindən axan Əlicançayın vadisində inşa ediləcək.