CƏMİYYƏT


Şərurun Kərimbəyli kəndində baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Kərimbəyli kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb edilib.