CƏMİYYƏT


Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksindən Reportaj

Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi Xəzər dənizinin sahilində Salyan rayonunun Xıdırlı kəndi ərazisində yerləşir. Bu kompleksə gün ərzində 2500 kubmetr su daxil olur ki, bunun da 1000 kubmetri duzsuzlaşdırılaraq xüsusi anbara ötürülür. Suyun duzlu hissəsi isə yenidən Xəzər dənizinə qaytarılır. Kompleksin direktoru Qabil Teymurov AZƏRTAC-a müsahibəsində burada 500 kubmetr su tutumuna malik yerüstü və yeraltı iki anbarın da inşa olunduğunu bildirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədr əvəzi Ramiq Əşrəfov isə bildirdi ki, duzsuzlaşdırılmış su insanların içməsi üçün də tam yararlıdır. Gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır