MƏDƏNİYYƏT


Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb

Nyu-Yorkun (ABŞ) “Leila Heller” Qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb. Mayın 28-də saat 18.00-20.00-da Nyu-York, 25-ci küçə (W), 568 ünvanda sərginin açılışı münasibətilə təntənəli qəbul olub.