ELM VƏ TƏHSİL


"Microsoft"un mükafatını alan azərbaycanlı gənclər İXTİRALARINDAN danışdılar

Xəbər verdiyimiz kimi, ABŞ-da “Microsoft”un baş ofisində keçirilən “Imagine Cup 2015” müsabiqəsinin qalibləri, Bakı Dövlət Universitetinin “Noobs” komandası oldu. “Spinal” adlanan kompleks həlli ilə çıxan gənc alimlər müsabiqənin ikincisi olublar. “Spinal” qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda “Bluetooth” modulu vasitəsi ilə “Windows Phone” əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.