İDMAN


Dünya çempionatında birincilik qazanmış Azərbaycanın gənc güləşçiləri Vətənə dönüb

Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında qızıl medalların sayına görə birincilik qazanmış sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvləri avqustun 19-da Vətənə dönüblər. Yarışa böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yollanan sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vuraraq idman tariximizə yeni parlaq səhifə yazıblar.