CƏMİYYƏT


“Vətənimə xidmət edirəm” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu “İrəli” İctimai Birliyi (İB) ilə birgə “Vətənimə xidmət edirəm” layihə çərçivəsində videoçarx təqdim edib. Videoçarxda Vətəninə, xalqına ləyaqətlə xidmət edən insanlar cəmiyyətə nümunə kimi təqdim edilir. Videoçarxda müxtəlif peşə sahiblərinin (hərbiçi, müəllim, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim, polis, gəmiçi və s.) öz sahələrində Vətəninə layiqli vətəndaş kimi necə xidmət etdikləri nümayiş olunub.