CƏMİYYƏT


Birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfrans öz işinə başlayıb

AZƏRTAC xəbər verir ki, “Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər, standartlar” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, qloballaşan müasir cəmiyyətin qarşısında duran əsas hədəflərdən biri sosial-iqtisadi inkişafın yaxşılaşdırılması, ekoloji problemlərin həll olunması və gözlənilən böhranlarda qorunması məqsədilə davamlı inkişafın təmin edilməsidir.