RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin Belarusda rəsmi qarşılanma mərasimi olub

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 28-də Minskdə “Müstəqillik sarayı”nda rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.