CƏMİYYƏT


“Boots&Coots” şirkətinin yanğının söndürülməsində iştirakı ilə bağlı hazırlıq gedir

“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda “Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür.