DÜNYA


Türkiyədə ata gözləri görməyən oğluna futbol həyəcanını yaşadır

Türkiyənin İzmir şəhərindən olan Kənan Kabakoğlunun 15 yaşı var. 5 ildir görmə qabiliyyətini itirib. O, Altay futbol klubunun pərəstişkarıdır. Öz gözləri ilə izləyə bilməsə də klubun bütün oyunlarına gedir. Atası Məsut Kabakoğlu 90 dəqiqə boyu matçın hər anını yorulmadan oğluna danışır. Kənan deyir ki, beləcə matçın bütün həyəcanını hiss edə bilir.
VİDEO: Al Jazeera Turk