DÜNYA


Hövsələli pişik YouTube-də populyar oldu

Çeçenin öz dilində pişiyi ilə söhbət edə-edə onu çimizdirməsi YouTube-də böyük populyarlıq qazanıb. Qısa müddətdə 400 000-dən çox baxış qazanan videoya rəylər də müsbət olub. Bu videoda pişik bir neçə dəqiqə arxa pəncələri üzərində tərpənmədən dayanaraq çimizdirilməsini gözləyir. Çeçen sahibi isə pişiyə “öyüd-nəsihət” verir: “Əgər belə çirkli gəzərsən, qonşular deyər ki, Musk təmizkar deyil. Heç bir qız pişik sənə ərə gəlmək istəməz. Sənə demişəm axı, beşinci günlər çimmək günüdür. Haralarda gəzirdin? Müsəlman pişiyi gərək təmizkar ola”.
VİDEO: Юмор_05-06-95