İDMAN


Azərbaycan atletləri idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dörd medal qazanıblar

Fevralın 21-də Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya "Challenge" Kuboku yarışlarına yekun vurulub. AZƏRTAC xəbər verir ki, Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparıb.