DÜNYA


Kanadanın sabiq naziri və ailəsi təyyarə qəzasında öldü

Kanadada təyyarə qəzası baş verib. Kiçik mühərrikli “Mitsubishi MU-2B-60” təyyarəsinin düşməsi nəticəsində 6 nəfər həlak olub. Təyyarədə ümumlikdə 7 nəfər olub. Sağ qalan bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Kanada polisi təyyarə qəzasında ölənlərin sabiq nəqliyyat naziri Jan Lapyer, həyat yoldaşı və digər ailə üzvüləri olduğunu bildirib. VİDEO: CBC News