SİYASƏT


Müdafiə Nazirliyi: Erməni mətbuatının Azərbaycan Ordusunun atəşkəs rejimini pozması barədə yaydığı məlumat yalandır

Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat yayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında məlumat verilir.