MƏDƏNİYYƏT


Azərbaycanda turizmin inkişafının növbəti mərhələsi müəyyən edilir

Dövlət başçısının sentyabrın 1-də imzaladığı müvafiq sərəncamlar ölkəmizdə turizmin inkişafına yeni bir mərhələ açacaq. Bu sərəncamlarda turizm sahəsinin inkişafı, müasir tələblər baxımından yenidən qurulması, Turizm Şurasının yaradılması, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AZƏRTAC-a müsahibəsində müvafiq sərəncamlardan irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüb.