CƏMİYYƏT


Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Oktyabrın 7-də Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil ediləcək 10-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib. Nazirliyin KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov sərginin artıq onuncu dəfə təşkil edildiyini bildirib. Vurğulanıb ki, bu tədbir ölkədə nazirliyin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir.