MƏDƏNİYYƏT


Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilib

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Milli Kulinarlar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə I Beynəlxalq Çörək Festivalı keçirilib. Tədbirə Azərbaycanın 24 şəhər və rayonu ilə yanaşı, Türkiyə, Özbəkistan, Qırğızıstan təmsilçiləri də qatılıblar.