MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində "Kukla incəsənətdə" sərgisi keçiriləcək

Dekabrın 28-dən təqdim ediləcək “Kukla incəsənətdə” sərgisində nümayiş olunacaq 230 kukla ümumilikdə 400-dən çox əsərdən ibarət şəxsi kolleksiyanın nümunələrindəndir. Eksponatlar sırasında ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiya ilə yanaşı, Azərbaycanın tanınmış kuklaçı rəssamlarının da əl işləri yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır