MƏDƏNİYYƏT


Ahıska türklərinin bayram süfrəsində xəngəlin içində dəmir pul görsəniz təəccüblənməyin

Xəngəl ahıska türklərinin bayram süfrəsinin əsas yeməyidir. Bu yemək bişirilmə qaydasına və dadına görə digərlərindən seçilir. AZƏRTAC xəbər verir ki, Quba rayonunun Dəlləkli kəndində yaşayan ahıska türkləri bayramı öz adət-ənənələrinə uyğun qeyd edirlər. Ənənəyə sadiq olaraq bayram münasibətilə ailə bir ocaq başına toplanır, xəngəl və başqa təamlar hazırlanır.