CƏMİYYƏT


Azəravtoyol: avtomobil yolları nəzarətdədir

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün gecə boyu və hazırda da qabaqlayıcı tədbirlər görür. Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə işlər aparılır.