SİYASƏT


Forum çərçivəsində “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumunun növbəti iclasında “Avropanın gələcəyi” mövzusu ətrafında geniş müzakirələr aparılıb. AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Mladen İvaniç çıxış edərək Avropaya inteqrasiya ilə bağlı bir çox problemlərin olduğunu diqqətə çatdırdı.