SİYASƏT


DİA-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdindəki Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Heydər Əliyev Mərkəzi və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 1918-ci ildə ermənilər tərəfindən törədilmiş müsəlman qırğınlarının mahiyyəti, miqyası və nəticələrindən bəhs edən “Yalan haqqında həqiqət” sənədli filmi nümayiş olunub.