SİYASƏT


Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub

Martın 31-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub. Baş nazirin müavini yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır