CƏMİYYƏT


İyunun 10-dan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək

Köçürülmə ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib. Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır