CƏMİYYƏT


“AzerGold” bu il Ortakənd-Xanağa sahəsində buruq-qazma işlərinə başlayacaq

“AzerGold”un rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbir çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.