MƏDƏNİYYƏT


Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilib

Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.