CƏMİYYƏT


“ASAN xidmət”: 21 milyonuncu müraciət Xaçmazda qeydə alınıb

Şahvar Yusufov Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərən səyyar “ASAN qatar”da Ədliyyə Nazirliyinin notariat xidmətindən faydalanıb. Xudat şəhər sakini 21 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə “ASAN xidmət”ə təşəkkürünü bildirib.