CƏMİYYƏT


İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının 108-ci sessiyası işə başlayıb

İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının (DTT) 108-ci sessiyası öz işinə başlayıb. Tədbirin açılış mərasimində DTT-nin baş katibi Zurab Pololikaşvili, İspaniyanın enerji, turizm və rəqəmsal texnologiya naziri Alvaro Nadal, İspaniyanın turizm üzrə dövlət katibi Matilde Pastora Asian və təşkilatın İcraiyyə Şurasının hazırkı sədri, Argentinanın turizm naziri Gustavo Santos çıxış ediblər.